Bir gənc bıçaqlandı
Vətəninfo.az-a Biləcəri qəsəbəsində yaşayan bir qrup sakindən məktub daxil olub. Həmin məktubda özlərini sələfi adlandıran insanların törətdikləri hadisədən söhbət gedir.
Məlumata görə, bir neçə gün bundan əvvəl Biləcəri qəsəbəsində yerləşən poliklinikanın qarşısında bir gənc vəhabi təriqətinə uyğun saqqal və şalvar formasında olan biriylə mübahisəsi düşüb.
Söz atışmalarından sonra vəhabi gedir və qısa zamandan sonra 2 maşın adamla geri dönür. Gələnlər həmin gənci yaxalayıb öncə döyürlər, sonra isə üzünü bıçaqla yarıblar. Bu zaman da ətrafdakılara uca səslə bəyan ediblər ki, əgər kimsə bundan sonra sələfilərə söz atsa, ilişsə vəziyyəti bundan da pis olacaq. Gələnlər bundan sonra ani gəldikləri kimi ani də aradan çıxıblar. Şahidlərin dediyinə görə vəhabilərin gənci döyməklərinin səbəbi onun dediyi sözlər olub. Belə ki İraqda İŞİD terror təşkilatının törətdiyi hadisələrdən təsirlənən bu gənc onlar kimi görünüşü olan vəhabiyə bu barədə iradlarını deyir. Bundan sonra da mübahisə başlayıb. Hadisə yerinə polisin gəlməsinə baxmayaraq, təqiqət üzvüləri izlərini itirə biliblər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR