“Vətəndaşların asan məsələlərdə nə qədər vaxt itirdiyini görürük”

“Vətəndaşların asan məsələlərdə nə qədər vaxt itirdiyini görürük”
"Mən əvvəl də təklif etmişdim ki, ayrıca problemlərin həll edilməsi nazirliyi yaradaq. Çünki ayrı-ayrı nazirlik, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr edən Azərbaycan vətandaşlarının bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyinin şahidi oluruq”.

"Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Ancaq ölkə Prezidentinin təşəbbüsu ilə yaradılan ASAN Xidmət modelinin yaranmasından sonra vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu mexanizmi əldə edə bildik.

Bu model insanları bir çox hallarda korrupsiyadan xilas etdi. Artıq adi məsələləri həll etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdur. Eyni adla, məsələn AYNA 4 hərfdən ibarətdir. Amma məmnunluq baxımından ASAN xidmət hər zaman öndədir”, - deyə deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az