"Övladlarıma bunu açıqlaya bilmirəm"
Müğənni-bəstəkar Emin Rusiyanın "Hello” dərgisinin avqust buraxılışının əsas qonağı olub.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, jurnal üçün fotosessiya və müsahibə Bakıda aparılıb.
Məqalədə "Emin fotosessiyanı və çox danışmağı xoşlamır. O, quru, amma səmimi cavablar verir” deyə, bildirilib.
Emin övladları ilə bağlı sualları cavablandırıb:
"Oğullarıma
nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm. Mən heç işləməyə, bütün
günü onlarla otura bilmərəm. İş və övladlarımla keçirdiyim vaxtı
tənzimləməyə çalışıram. Ona görə də, tez-tez təyyarəyə minib, Londona
gedirəm. Və yaxud da Moskvaya uçur, işlərlə bağlı müzakirələr aparıram”.
Ağalarov
bütün günü işdə oturan, darıxdırıcı robot kimi insan deyil. O, cipi ilə
dənizkənarında gəzməyi, dostları ilə görüşüb, müzakirələr aparmağı,
mahnı oxumağı da sevir. Emin işin həyatının bir hissəsi olduğunu
vurğulayıb:
"İşsiz tez darıxıram. Rola girməyi sevmirəm. Bu da
mənə atamdan keçib. Uşaqlığımdan bir səhnəni həmişə xatırlayıram: bir
gün atam məni, anamı və bacımı hava limanına aparırdı. Yol kənarında
təmir gedirdi. Atam bilmədən ora dəydi və dağıldı. Dayanıb yolda
işləyənlərdən üzr istədi. Onlar isə təhqir etməyə başladı. Atam düşüb,
dalaşdı. Anam onu sakitləşdirməyə çalışırdı. Birini döydü, əli sındı.
Əgər haqlısansa, hər bir şəraitdə qalib olacaqsan. Atam hər zaman mənim
idealım olub. O heç vaxt "Oğlum, səni çox istəyirəm”, "Səninlə fəxr
edirəm” sözlərini işlətməsə də, bilirəm ki, onula yaxşı dostuq”.