“Vətəninfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın məşq bazasında başlanmış, sonradan soyunma otağında davam etmiş və Melonun ispaniyalı həmkarının gözünü partlatması ilə nəticələnmiş davadan sonra baş vermiş maraqlı bir epizod «Fanatik» qəzetinə məlum olub. Sən demə, Melo əməlindən son dərəcə peşmandır. İnsidentin yaşandığı gün axşam saatlarında Rieranın evinə yollanan Melo ondan üzr istəmək üçün cəhdlər göstərib. Onun uzun-uzadı qapını döyməsinə baxmayaraq, Riera komanda yoldaşının üzünə qapı açmayıb. Nəticədə Melo ətrafdakıların eşidəcəyi şəkildə hönkürərək ağlamağa və Rieradan üzr istəməyə başlayıb. Mənbə bildirir ki, Riera bu vəziyyətə çox tab gətirə bilməyib və qapını açıb. Özünü içəri atan braziliyalı ulduz həmkarını bağrına basaraq durmadan üzr istəməyə başlayıb. O, ispaniyalı yarımmüdafiəçinin xanımından da üzr istəyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR