Vətəninfo.az xəbər verir ki, ötən gün Xaçmazda qanlı cinayət baş verib. Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, dünən saat 16:00-da Yeni Sudur kəndi ərazisində iki nəfərin davası bıçaqlanma ilə nəticələnib.
Belə ki, şəxsi münasibətlər zəmnində 22 yaşlı Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. Teyyub Romana 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biir gəncin ürəyinə dəyib. Ağır yaralanan Roman Əliosmanov xəstəxanaya yerləşdirilib. Onu dərhal əməliyyat ediblər. Hazırda vəziyyəti orta-ağırdı. Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb. O əməlindən peşman olmadığını bildirib.
“Peşmanam ki, onu öldürə bilmədim. Hamı onu da yaxşı tanıyır, məni də. Vurulmalı oğlan idi. Hər kim mənim yerimdə olsa belə edərdi”, - deyə Teyyub Ağakərimov bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR