Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Xudat-Nabran yolununun 1-ci km-də qeydə alınıb.
Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi “Merсedes” markalı avtomaşınBakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi “Nissan” markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi “VAZ 2107”-ə çırpılıb.
Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. “Nissan”da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyevadır. Onlar ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR