Xalq artisti təşəkkür etdi

Xalq artisti təşəkkür etdi

Azərbaycan Respublikasının xalq artisti , məşhur muğam ustadı Canəli Əkbərovun bir neçə gün əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında faciəli şəkildə həlak olmuş qardaşı Əkbərov Fərail Xanəli oğlunun cənazəsi dünən Azərbaycan Respublikasına gətirilərək doğulduğu Lənkəran rayonunun Tükəvilə kəndində torpağa tapşırılıb.

Miq.Az xəbər verir ki, xalq artisti onun kədərini ictimailəşdirmiş bütün kütləvi informasiya vasitələrinə, dərdinə şərik olanların hamısına, həmçinin, cənazənin Azərbaycan Respublikasına gətirilməsinə köməklik göstərmiş Azərbaycan Respublikasınının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri çox hörmətli cənab Polad Bülbüloğluya, habelə, Dövlət Sərhəd və Gömrük Xidmətlərinin  əməkdaşlarına dərin təşəkkürünü bildirir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az