Xəbər saytlarının inkişafı üçün prezidentə təkliflər veriləcək

Xəbər saytlarının inkişafı üçün prezidentə təkliflər veriləcək
"Cənab prezidentin tapşırığına uyğun olaraq, internet medianın inkişafı üçün təkliflərlə çıxış edəcəyik”.
Vətəninfo.az xəbər verir ki. bu fikri Hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, danılmaz faktdır ki, ölkədə internet media xüsusi rola malikdir:
"Birinci Avropa Oyunları zamanı da Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, ölkəmizə qarşı olan qüvvələrlə informasiya savaşında internet mediası böyük işlər gördü.Cənab prezident də öz çıxışında bunu xüsusi vurğuladı. Ölkə əhalisinin 75 faizdən çoxu internetdən istifadə edir. Cənab prezident İlham Əliyevlə görüşümüz zamanı internet mediası ilə bağlı da müzakirələr oldu. Təklif etdim ki, yazılı mətbuatda olduğu  kimi internet üzərindən yayımlanan media vasitələrinə də yardım olunsun. Bu təklifim cənab prezident tərəfindən yüksək qiymətləndirildi. Yəqin ki, yaxın zamanlarda bununla bağlı müsbət addımlar atılacaq”.
Əflatun Amaşov internet mediasının çatışmayan cəhədləri barəsində də danışıb:
"Çatışmayan cəhətlər müxtəlif zamanlarda olub. Məsələn, ötən  il yayda  ordu ilə bağlı baş verən olayları göstərmək olar. Hazırda elə bil zamandır ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu sahə ənənəvi mediya ilə müqayisədə daha çox inkişaf edir. Eyni zamanda yazılı mətbuatın funksiyalarının xeyli hissəsini öz üzərinə götürə bilib. Bu bir həqiqətdir. Yəqin ki, zaman keçdikcə internet media da püxtələşəcək. Bu sahədən şəxsi mənafeləri  üçün istifadə edənlər sıradan çıxacaq. Bir müddət sonra sahənin tam sahibləri fəaliyyətdə qalacaqlar. Bu baxımdan qüsurları göstərməklə yanaşı, internet mediasının inkişafı üçün əməli addımlar atmağın vaxtı çatıb”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az