“I Avropa Oyunları zamanı telekanallardakı bayağı verilişlərin bağlanması çıxış yolu deyil”. Vətəninfo.az-ın məlumatına görə, Bu sözləri Modern.az-a açıqlamasında jurnalist-teletənqidçi Qulu Məhərrəmli deyib.
O, bildirib ki, telekanallarda həmin verilişlərin bağlanması əvəzinə onların səviyyəsini, peşəkarlığını, keyfiyyətini yüksəltməliyik. “Söhbət proqramları bağlamaqdan getmir, söhbət onların səviyyəsini artırmaqdan gedir, maraqları formatları ifadə etməkdən gedir. Televiziyalar tamaşaçılar üçün bu problemi ortaya çıxarıb ki, onlar narazılıq edirlər, proqramlara öz mənfi münasibətlərini ifadə edirlər”.
Q.Məhərrəmli bildirib ki, bunu məhz ölkəyə gələcək qonaqlar üçün etməməliyik. “Oyunlar ərəfəsində tamaşaçı kimi aktivləşib sonra yenidən həmin vəziyyətə qayıtmaq, proqramları bağlayıb, sonra yenidən açmaq çıxış yolu deyil. Hesab edirəm ki, bu cür yanaşma yanlışdır, keyfiyyətə diqqət yetirmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Dilarə Vəliyeva I Avropa Oyunları ərəfəsində ATV və ANS telekanallarında Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın təqdimatında yayımlanan verilişlər dayandırılması təklifi ilə çıxış etmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL