Yaponiyada 1 saat içində rekord sayda qar adamı müqəvvalları hazırlanaraq bu sahədə dünya rekordu təzələnib.
Vətəninfo.az-ın məlumatına görə, qar müqəvvəlarının hazırlanmasında 600-dən çox adam iştirak edib. Ginnessin Dünya Rekordları komissiyası yeni rekord kimi 1 saat ərazində 1585 qar adamının hazırlanması nəticəsini rəsmən təsdiqləyib.
Tədbir Tokiodan şimal-qərbdə yerləşən İiyama şəhərində keçirilib. Rekordun Ginness komitəsi tərəfindən qeydə alınması üçün qardan düzəldilmiş hər bir müqqəvanın boyu azı 91 sm, sifət hissəsində mimika ifadəsi və digər bu kimi şərtlər yerinə yetirilməli idi.
Qar adamı müqəvvasının hazırlanmasında alətlərdən istifadə etmək qadağan olunur. Ginness komitəsi İiyama şəhərində yaponiyalı iştirakçıların əvvəlki 1279 müqəvvadan ibarət rekordu vurduqlarını təsdiqləyib.
Həmin rekord nəticəyə 2011-ci ildə ABŞ-da 350 iştirakçı nail ola bilib. Bu ayın əvvəlində Kanadanın Ottava şəhərində yüzlərlə insan 1 saat ərzində 1299 qar adamı müqqəvvası hazırlayaraq 2011-ci ilin rekordunu təzələdiklərini iddia etmişdilər.
Lakin həmin nəticə rəsmi təsdiq almadığından İiyamada qeydə alınan nəticə yeni rekord kimi tanınıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR