Vətəninfo.az xəbər verir ki, Bakıda yataqxanada yanğın baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 31/23-cü məhəllə, ləğv edilən “Bakı Elektroterm” zavodunun yataqxanasında qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün Sərxan Məmmədova məxsus, ümumi sahəsi 56 kvadrat metr olan mənzildə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Bununla belə, ev yararsız hala düşüb. Hadisə zamanı evdə tək olan S. Məmmədov yanıq xəsarətləri alıb. Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR