İŞİD yaraqlıları Suriyanın qədim şəhərlərindən birini, “Yaxın Şərqin mirvarisi” sayılan Palmiranı ələ keçiriblər. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən bu şəhəri İŞİD tərəfindən İraqda məhv edilən minillik Assuriyanın aqibəti gözləyir.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, uzun sürən döyüşlərdən sonra Ramadı şəhərini ələ keçirən İŞİD İraqın paytaxtı – Bağdada yaxınlaşıb və şəhərə hücum etməyə hazırlaşır.
ABŞ-ın Müdafiə Nazirliyi növbəti dəfə çarəsizliyin simvoluna çevrilən yeni hava zərbələri barədə məlumatlar verir. Zərbələr əsasən qruplaşmanın İraq müharibəsi zamanı ən uğurlu qələbələrini qazandığı və hazırda mövqelərini gücləndirdiyi Ramadi şəhərinə endirilir. Yaraqlıları dayandırmağa təkcə hava zərbələrinin kifayət etməyəcəyini anlayan ABŞ İraqa təcili surətdə tank əleyhinə komplekslər göndərməyə başlayıb.
İraq paytaxtında isə İŞİD-ə qarşı əks-hücuma hazırlaşırlar. Bunun üçün orduya zaman və yeni qüvvələr lazımdır. Müdafiə nazirliyi təcili şəkildə şiələrdən təşkil olunmuş könüllü dəstələr toplayır.
İŞİD Suriyada da hücumlarını genişlədir. Yaraqlıların qərb qruplaşmasının Palmira şəhərinə hücumlarına tab gətirməyən ordu hissələri şəhərin kənarına çəkilməyə məcbur olub.
UNESCO isə öz növbəsində Dünya İrsi siyahısına salınmış unikal abidənin dağılmasının qarşısını almaq üçün tərəfləri atəşi dayandırmağa səsləyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR