"Yaxşısını seçəcəm"
Müğənni Zamiq Hüseynov aktyorluq sevdasına düşüb.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında film təklifləri aldığını bildirib:
"Eləsini
seçməliyəm ki, ilk işimlə gözəl imza atım. Ssenarilər var, oxuyuram.
Yaxşısını seçəcəm. Ssenarilərin hamısı romantikdir. Mənə də bu
uyğundur. Özüm də belə filmləri və kriminal janrı xoşlayıram. Tərəf
müqabilimin gözəl və kifir olması fərq etmir. Rejissor kimi seçsə, o da
çəkiləcək".
Z.Hüseynov qızlarda xoşladığı xüsusiyyətdən də danışıb:
"Mənim üçün əsas odur ki, ürəyi gözəl olsun. Xarici gözəllik önəmli deyil".