"Yəhudi Konqresi Azərbaycan diasporuna daim dəstək verir"
Bu gün İsrailin baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi,
İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və İsrail Beynəlxalq
Diplomatiya Mərkəzinin sədri Mendi Safadi Beynəlxalq Diaspor Mərkəzinin
(BDM) ofisini ziyarət edib.
Mərkəzin sədri İsmayıl Ağayev Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Qərbi azərbaycanlıları
n
öz ata-baba yurdlarından ermənilər tərəfindən deportasiya edilməsi,
eləcə də ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata
keçirdikləri terror və soyqırımların dünya ictimaiyyətinə
çatdırılmasında BDM-in həyata keçirdiyi layihələr haqqında qonağa
məlumat verib. Həmçinin Mendi Safadi BDM sədrinin beynəlxalq məsələlər
üzrə müşaviri təyin edilib. Mendi Safadi də öz növbəsində Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Yəhudi Konqresinin
Azərbaycan diasporuna daim dəstək verməsi üçün əlindən gələni edəcəyini
bildirib. Daha sonra Beynəlxalq Diaspor Mərkəzi (BDM), İsrail Beynəlxalq
Təhlükəsizlik Cəmiyyəti və İsrail Beynəlxalq Diplomatiya Mərkəzi
arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Görüşdə Türkiyə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy, Gürcüstan-Azərba
ycan
Dostluq Evinin vitse-prezidenti Georgi İvanelaşvili, BDM-in Yaxın Şərq
üzrə nümayəndəliyinin rəhbəri, sülh səfiri Aleks Şapiro da iştirak edib.
"Report"