“Yeni Konstitusiya qəbul olunmalıdır” – “Beynəlxalq tədbirlərə ayrılan vəsait azaldılmalıdır”

“Yeni Konstitusiya qəbul olunmalıdır” – “Beynəlxalq tədbirlərə ayrılan vəsait azaldılmalıdır”

Bu gün Bakıda Konstitusiya ili çərçivəsində "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda beynəlxalq konfrans keçirilib.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hüquq-mühafizə orqanları rəhbərlərinin də qatıldığı konfrans haqqında danışıb. 

Q.Həsənquliyevin sözlərinə görə, 2026-cı ilin büdcəsində ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün xərclərə 239 milyon manat ayrılması nəzərdə tutulub: ”Bu olduqca böyük vəsaitdir. Bu vəsaitin həcmi bir neçə dəfə azaldılmalı, qənaət olunan vəsait bizi qürurlu etmiş Silahlı Qüvvələrin hərbçilərinin mənzil problemlərinin həllinə sərf olunmalıdı. Sərf olunan vəsaitlər qarşılığında qeyd etdiyiniz konfransın və bu kimi digər konfransların həm təbliğat effekti, həm də hüquqi dövlət quruculuğuna təsiri çox azdır. O konfransda hansısa ciddi təkliflərin olması və gələcəkdə hüquq islahatları çərçivəsində onların nəzərə alınması ehtimalı sıfıra yaxındı. Ona görə ki, bu tipli tədbirlərə müstəqil mövqeyi olan hüquqşünaslar yox, yalnız rəsmi şəxslər çağırılır, onlar da bir qayda olaraq mövcud konstitusiyanı tərifləyir, hüquq sistemimizdəki çatışmazlıqlardan danışmırlar".

Millət vəkli vurğulayıb ki, ölkəmizdə hakimiyyət bölgüsünə real məzmun, hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az