Yeniyetmələr arasında çempionat – RAMİZ HƏSƏNOV QIZIL MEDAL QAZANDI

Yeniyetmələr arasında çempionat – RAMİZ HƏSƏNOV QIZIL MEDAL QAZANDI

Bakıda güləş üzrə beynəlxalq turnir davam edir

Bakıda, "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında, Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir. 
Miq.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Türkiyə, Bolqarıstan, Rusiya, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.
Qeyd edək ki, turnirin proqramına əsasən, aprelin 26-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 27-də yunan-Roma güləşi üzrə gənclər, 28-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 29-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
Bu gün Azərbaycan idmançısı, 42 kq çəki dərəcəsində mübarizə aparan Həsənov Ramiz Rza oğlu qızıl medalın sahibi olub.
Xatırladaq ki, turnirin rəsmi açılış mərasimi 26 aprel 2016-cı il, saat 17.00-da baş tutub. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az