Vətəninfo.az xəbər verir ki, bu gecə saat 04:00 radələrində Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidləri ANS-ə bildiriblər ki, Keşlə qəsəbəsi, “Şanxay” adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb. Qəsəbə sakini Ceyhun Rzayevin verdiyi məlumata görə, hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu və elektrik dirəkləri sıradan çıxıb. Hadisə nəticəsində insanlar vahiməyə düşərək çölə axışıblar. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqlədi. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib.
“Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb”, - deyə Nadir Əzməmmədov bildirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR