Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur zirvəyə doğru” və “Əmir Teymur dünyanın hakimi” ikicildliyi qırğız dilinə tərcümə olunur. Bu barədə “OLAYLAR”-a məlumatı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, “Tamerlan” adı altında işıq üzü görəcək kitabın tərcüməsi yaxın günlərdə başa çatacaq: “Kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə tərcümə olunur. Kitab qırğız dilinə Mukan Asanaliyev və Bekten Dıykanbayev tərəfindən tərcümə olunur”. Kitabın təqdimat mərasiminin gələn ilin ilk aylarında Qırğızıstanda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Yunus Oğuzun müəllifi olduğu həmin kitablar bir müddət əvvəl Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən rus dilinə tərcümə olunaraq nəşr edilib. “Tamerlan” kitabının Bişkekdə keçirilən təqdimat mərasimində Yunus Oğuz da iştirak edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR