Azərbaycan Respublikasının Müdafiə naziri ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Vətəninfo.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-nın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanı qəbul edib.
Səfiri yeni təyinatı ilə əlaqədar təbrik edən Müdafiə naziri Azərbaycan ilə ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair qonaqla fikir mübadiləsi aparıb. Müdafiə naziri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Səfir regiondakı vəziyyətə müsbət təsir göstərə biləcək sülhün bərqərar olması üçün ABŞ-ın səylərinə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunaraq həmsədrlər tərəfindən irəli sürülən Böyük sülh sazişi ideyasının müsbət qarşılandığını bildirib.
Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?