Zaqatalada 6 ton narkotik tərkibli bitki məhv edilib.
Vətəninfo.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin və Daxili Qoşunların Zaqatala yerləşən “N” saylı hərbi hissəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində birgə əməliyyat tədbiri keçirib.
Tədbir nəticəsində rayonun Uzunqazmalar kənd inzibati ərazisində “Taplar” adlanan çöl sahəsinin əkinə yararsız hissəsində narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Tədbir zamanı ərazidən ümumi çəkisi 6 ton olmaqla, 4000 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.
Zaqatala RPŞ-dən bildirilib ki, rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR