Vətəninfo.az xəbər verir ki, “Lider” televiziyasında yayımlanan “Nə olsun” verilişinin növbəti çəkilişləri aparılıb. Əldə etdiyimiz məlumata görə, proqrama dəvət olunan müğənni Zöhrə Abdullayeva bəzi həmkarlarının bostanına daş atmaqla bərabər, eyni zamanda həmkarlarından gileylənib.
Məlumatda deyilir ki, üzümüzə gələn həftə yayımlanacaq proqramın çəkilişində Z.Abdullayeva qeyd edib ki, bəzi həmkarlarını yaxınlarının toyuna dəvət etsə də, həmin müğənnilər min bir bəhanə ilə toyda iştirakdan boyun qaçırıblar: “Elə müğənni var ki, mən onu qohum toyuna çağırmışam. Qonorar az olub deyə gəlirəm deyib, amma son anda gəlməyib”.
Zöhrə Abdullayeva hətta ad da çəkib. Müğənni bildirib ki, Ramal və Natavan pula görə çağırdığı toya gəlməyiblər. Z.Abdullayeva Natavan Həbibinin prodüsserindən də şikayətlənib. O bildirib ki, Natavana telefon açanda adı xarici futbolçu adına bənzəyən prodüsseri açıb və bildirib ki, Natavana toya dəvət edilməsi haqda məlumat verəcək. “Ola bilsin o Natavana heç bir söz deməyib. Amma Ramala şəxsən özüm demişəm”, - deyə müğənni gileylənib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR