Rauf Həbibov barəsində iki maddə ilə cinayət işi qaldırılıb
Bu ilin 1 mart olayları zamanı vəzifəsindən azad edilən Qubanın sabiq icra başçısı Rauf Həbibovla bağlı bu vaxta qədər müxtəlif məlumatlar yaılsa da, onun hansısa yeni görəvə gətirələcəyi iddia olunsa da, bunların heç biri baş vermədi. Bu gün isə onun özünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılıb.
Bu barədə “Vətəninfo.az”-ın “DİA.AZ”-a istinadən veriyi məlumata görə, Rauf Həbibov dünən axşam saatlarında polis tərəfindən saxlanılıb və yalnız bu gün günorta saatlarında sərbəst buraxılıb. Mənbə iddia edib ki, gecədən səhərə qədər keçmiş icra başçısı istintaqçılar tərəfindən dindirilib və ifadəsi alınıb.
Xatırladaq ki, buna qədər də Rauf Həbibovun istintaq tərəfindən dindirildiyi söylənilirdi. Amma bu dəfə keçmiş icra başçısına cinayət məcəlləsinin iki maddəsi ilə ittiham da səslənib. Mənbəmizin sözlərinə görə, sabiq icra başçısına qarşı CM-nin 309.1 (vəzifə səlahiyyətlirin aşma) və 72-ci maddələri ilə cinayət işi açılıb.
Məlumatı verən qaynağın iddialarına görə, başçının sərbəst buraxılmasına, barəsində dərhal həbs qərarının verilməməsinə səbəb kimi, onun yuxarıdakı himayədarlarının baş verənlərə müdaxilə etməsi nədən olub.
Onu da xatırladaq ki, bu vaxta qədər sözügedən cinayət işi ilə əlaqədar 40-a yaxın Quba rayon sakini həbs edilib və onların əksəriyyəti Qubadakı regional «Xəyal» telekanalının əməkdaşlarıdır.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?