Özündən 11 yaş kiçik oğlanla evlənən aparıcı boşanır

Özündən 11 yaş kiçik oğlanla evlənən aparıcı boşanır
 Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, aparıcı polisə müraciət edərək əri tərəfindən tez-tez təhqir olunduğunu, hətta döyüldüyünü bildirib. Psixoloji problemləri olan Sərkanın onu dəfələrlə döyməsi səbəbindən uşağını itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyən Ece həyat yoldaşına müalicə almağı məsləhət görsə də, qarşı tərəf bunu qəbul etməyib. E.Erken polisə şikayət ərizəsi yazaraq bunları qeyd edib: "Serkan Uçar son vaxtlar həm həyat yoldaşını, həm də xanımının ailəsini şantaj edirdi. Ötən ay əri tərəfindən Ece Erkenin mobil telefonuna "Səni öldürəcəyəm. Səni doğrayacağam. Bunları məhkəməyə göstər. Məni tərk etsən, səni öldürərəm. Əvvəlcə səni, sonra özümü qətlə yetirərəm”. 

Qeyd edək ki, məhkəmə Sərkan Uçarın Ece Erkenə 3 ay müddətinə yaxınlaşmamasına, evdən uzaqlaşdırılmasına, mənzilinisə Ece ilə oğluna verilməsinə hökm çıxarıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az