Cəbhədən...
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozub.
Müdafiə Nazirliyindən
Vətəninfo.az-a verilən məlumata görə, Ermənistan
Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun
Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun
Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə
tutulub.
Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun
Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı,
Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin
Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.