Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
sentyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz
mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-31,
Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi
764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil
edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda
23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 2-də havanın əsasən yağmursuz olacağı, lakin axşam və
gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Gündüz cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz
Sentyabrın 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və
mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da,
sentyabrın 03-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda
narahatlıq hissi yarada bilər.