206 Azərbaycan vətəndaşı könüllü ölkəyə qayıdıb
Bu il Azərbaycana könüllü qayıdan azərbaycanlıların sayı açıqlanıb.
Miq.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin bu ilin 6 ayında fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə bildirib ki, hesabat dövründə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmisiyası ilə bağlı 640 şəxs haqqında 322 sorğu daxil olub.
Onun sözlərinə görə, bu il Azərbaycanın 206 vətəndaşının readmisiyası həyata keçirilib, yəni onlar ölkəyə qayıdıblar.
Miq.az