4 ölkədə ümummilli liderin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək
”Vətəninfo.az”-ın verdiyi xəbərə görə, Avropada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək. “Odlar Yurdu” diaspor qurumunun təşkil etdiyi turnirin Avropanın 4 ölkəsində - Rumıniya, Çexiya, Avstriya və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur. Yarışda sözügedən hər bir ölkədə yaşayan soydaşlarımız və əcnəbilərdən ibarət 8 komanda iştirak edəcək. Turnirə mayın 9-da Buxarestdə start veriləcək. Turnirin qalibləri Heydər Əliyev kuboku ilə mükafatlandırılacaqlar.
“Odlar Yurdu” diaspor təşkilatının rəhbəri İlham Nağıyevin bildirdiyinə görə, yarışlarda həmvətənlərimizlə yanaşı, həmin şəhərlərdə fəaliyyət göstərən diplomatik qurumların nümayəndələri, idman cəmiyyətləri qonaq qismində iştirak edəcəklər. Qonaqlara Azərbaycan haqqında məlumat kitabçalarının, ölkəmizi simvolizə edən xatirə hədiyyələrinin paylanması nəzərdə tutulur. Xatırladaq ki, “Odlar Yurdu” təşkilatı mütəmadi olaraq Avropa ölkələrində Heydər Əliyev kuboku uğrunda futzal turniri keçirir. Belə tədbirlər idman hadisəsi olmaqla bərabər, xaricdə Vətənimizin tanıdılması işinə töhfədir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR