Qax rayonunda 53 yaşlı kişini ilan sancıb. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 04 radələrində rayonun Güllük kənd sakini, 1962-ci il təvəllüdlü Məmmədvəli Məmmədrəhim oğlu Namazov ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub. 53 yaşlı Məmmədvəli Namazov yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məmmədvəli Namazova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL