ANS-dən qovulan aparıcı danışdı
ANS-in “Top-10” verilişinin aparıcısı Umka Hacıyevanın telekanaldan uzaqlaşdırılması son günlərin müzakirəsinə səbəb olub.
Belə ki, rəhbərlik aparıcının qovulduğunu desə, də xanım aparıcı bunu inkar edib. ANS televiziyasının proqramlar departamentinin direktoru Sevda Həsənova aparıcının milli-mənəvi dəyərlərə uyğun olmayan hərəkətlər etdiyi üçün ANS TV-dən uzaqlaşdırıldığını bildirib.
Azxeber.com-un məlumatına görə, Umka Hacıyeva “Facebook” sosial şəbəkəsində işdən öz istəyi ilə ayrıldığını yazıb: “Birincisi, məni işdən heç kim azad etməyib. Özüm 4-5 dəfə ərizə yazmışam ki, mənimlə olan müqaviləyə xitam verilsin. Onlar özləri ərizəni cırıb tullayıblar və məni işdə saxlayıblar. İkincisi isə, son verilişimi verib gedəndə də qeyd etdim ki, işdən çıxıram. Bununla bağlı ərizə yazdım və hətta onların cavabını gözləmədən çıxıb getdim. Bilməyənlər bu haqda boş-boş danışmasalar, yaxşıdır.”
Umka Hacıyeva milli-mənəvi dəyərlərə ziddi hərəkət etməsi ilə bağlı iddialara sərt münasibət bildirib: “O ki qaldı milli-mənəvi dəyərlərə, “Ağabəyovlar” serialında öpüşmə, qucaqlaşma, yataq səhnələrini nənəm çəkib?”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?