“ABŞ Azərbaycan ordusuna əxlaq dərsi keçə biləcək bəlkə də ən axırıncı dövlətdir. 10 min km uzaqlıqdan gəlib, İraq dövlətini işğal edən, 1 milyondan çox günahsız vətəndaşını qətl edən, öldürdükdən sonra da öz pislikləri ilə cəsədləri təhqir edən Azərbaycan ordusu deyil, məhz bu gün bizə əxlaq dərsi keçən ABŞ-dır”.
Bunu Veteninfo.az-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri eyib: “ABŞ zabitinin himayəsində olan onlarla əsgəri güllələdiyi fakt uzun zamanların tarixi deyil və dünya ictimaiyyətinin yadından çıxmayıb. Bu əxlaq aşınması, cəmiyyətin psixoloji tarazlığının pozulması artıq ordu sıralarından məktəblərə keçib. Artıq həddi buluğa çatmayan şagirdlər belə çox asanlıqla gözlərini qırpmadan öz müəllim və şagird yoldaşlarını güllələyə bilirlər və bu, artıq ABŞ üçün baş ağrısına çevrilib. Başqa tərəfdən, bizim medianın ABŞ zabitinin açıqlamasını bəh-bəhlə verməsini də uyğun görmürəm. Ordu bütün əyər əskikləri ilə bizim ordumuzdur və biz onun mənafeyini xalq olaraq qorumalıyıq. Hansısa korporativ maraqlar naminə ordumuzu yadellilərin və bu millətə düşmən olanların ayağına verməməliliyik. Bu, qətiyyən doğru deyil. Bircə o fikirlə razıyam ki, vəfat edən əsgərin xidmət etdiyi hərbi hissənin bütün rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki, məhz cəzasızlıq yeni cinayətlərə yol açır”.
Kənan
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?