AFFA-dan ölən jurnalistlə bağlı - Bəyanat

AFFA-dan ölən jurnalistlə bağlı - Bəyanat
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) avqustun 8-də Bakıda jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alması və avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etməsi ilə əlaqədar bəyanat yayıb.
Vətəninfo.az-ın məlumatına görə, Axar.az assosiasiyanın saytına istinadən xəbər verir ki, bəyanatda AFFA mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pislədiyi bildirilib.
"AFFA hüquq mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - bəyanatda qeyd olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az