Vətəninfo.az xəbər verir ki, Braziliyada təşkil olunan sayca 20-ci Dünya Kubokunun 1/8 final mərhələsinin oyunları davam edir. Axar.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma baş tutacaq.
Qeyd edək ki, “Estado Nəşnl” stadionunda baş tutacaq Fransa-Nigeriya matçını Mark Qeyqerin başçılığı ilə ABŞ-lı hakim heyəti idarə edəcək. Onu da bildirək ki, bu komandalar indiyədək bir dəfə qarşılaşıb. 2009-cu ildə keçirilən oyunda 0:1 hesabı ilə Nigeriya yığması Fransaya qalib gəlib. Maraqla gözlənilən Fransa-Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
Almaniya-Əlcəzair
Gecənin növbəti oyunu Almaniya və Əlcəzair milliləri arasında keçiriləcək. Mundialda maksimum nəticə göstərərək sürpriz komandalardan sayılan Əlcəzair yığması indiyədək yalnız bir dəfə Almaniya yığması ilə qarşılaşıb. 1982-ci ilin mundialında baş tutan tarixi matçda Əlcəzair komandası böyük əzm göstərərək 1:2 hesabı ilə qələbə qazanmışdı. Xatırladaq ki, Braziliyalı hakim Sandro Meyra Riççinin idarə edəcəyi bu möhtəşəm matç “Estadio Beyra-Rio” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 01:00-da başlayacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR