Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Aida” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belorus və Gürcüstandan dəvət olunmuş vokal ulduzları da çıxış edəcəklər. Belə ki, Aida rolunda Belorus Akademik Böyük Opera və Balet Teatrının və Rusiya Akademik Böyük Teatrının solisti, Belorusun Əməkdar Artisti, vokalçıların A.Dvorjek (Çexiya, 1999), M.Şnayder-Trnavski (Slovakiya, 2000) adına və İ.Alçevski (Ukrayna, 2001) beynəlxalq müsabiqələrinin laureatı Anastasiya Moskvina çıxış edəcəkdir. A.Moskvina dünyanın bir çox ölkələrində - Tailand, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya və Fransada qastrol səfərlərində olmuşdur.
Radames rolunu Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili, Amonasro partiyasını isə Gürcüstanın Əməkdar Artisti, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Sulxan Qvelesiani ifa edəcəklər. Tamaşada həmçinin Azərbaycan opera sənətçiləri –, Xalq Artisti Əli Əsgərov, Əməkdar Artistlər Səbinə Vahabzadə, Gülnaz İsmayılova, aparıcı solist Anton Ferştandt və b. çıxış edəcəklər
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR