Xalq artisti, sevimli sənətkarımız Firəngiz Mütəllimova ilə bağlı saytların birində gedən informasiya bizdə narahatçılıq doğurdu. Xəbərdə bildirilirdi ki, yaxın zamanlarda sevimli aktrisamız əməliyyat keçirəcək. Məsələ ilə bağlı xəbər müəllifi, jurnalist Alim Nəbioğlu ilə əlaqə saxladıq.
Onun dedikləri: “Firəngiz Mütəllimova mənim ən çox sevdiyim aktrisadır. İllərdir ki, bizim gözəl sənət dostluğumuz var. Aktrisa haqqında “Səndən doymadım, Şuşam...” kitabının müəllifiyəm. Eyni zamanda aktrisa ilə bərabər xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun həyat və yaradıcılığından bəhs edən “Bəyaz gecələrin romantiki” adlı kitabı birgə yazmışıq. Firəngiz Mütəllimova yanvar ayında Türkiyəyə gedəcək və orada müayinədən keçəcək. Heç bir əməliyyata ehtiyac qalmayıb. Aktrisa müayinə olunub, vətənə qayıdaraq öz yaradıcılıq və pedaqoji fəaliiyyətini davam etdirəcək. Yenə deyirəm, Firəngiz Mütəllimova mənim ürəyimdir. Şəxsiyyət olaraq ona böyük hörmətim var. Hər zaman üzü gülsün, obrazları ilə tamaşaçıları sevindirsin, tələbələr yetişdirərək səhnəmizə yeni Firəngizlər, Yaşarlar bəxş etsin”,
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR