Bu məsələni bu qədər qabartmağı düzgün hesab etmirəm.
Bu fikirləri Ankaradan sabiq diplomat, siyasi analitik Vurğun Həsənli bildirib: “Ona görə ki, lüzumsuz gərginliklə Avropanın iki aparıcı dövlətindən biri olan Almaniya ilə münasibətlərin korlanması ölkəmiz əleyhinə nəticələnə bilər. Çünki onların əlində hər cür təbliğat və məsələni ictimailəşdirmə mexanizmləri vardır.
Əlbəttə Almaniyanın bu kimi məsələlərdə sadəcə Azərbaycanı hədəf seçməsi düzgün deyil. Ancaq unutmamalıyıq ki, Almaniya azad dövlətdir və istənilən tənqidə dözümlü olmalıyıq”,-deyə sabiq diplomat qeyd edib.
“Yenə də bildirmək istərdim ki, bu proesesə anında sərt münasibət bildirmədən öncə nəticələrini də hesablamaq lazımdır. Çünki Azərbayca tərəfi iddia edir ki, Almaniya Dağlıq Qarabağa aid səssiz qalır. Amma unutmayaq ki, Almaniya Bundestaqı Minsk Qrupu həmsədr dövlətlərinin etmədiyini edərək, bu il Xocalı Soyqırımını və erməni işğalını pisləmişdir. Almaniya ilə münasibətləri gərginləşdirmək əvəzinə, bu gərginliyə son qoymaq üçün yollar axtarılmalıdır”,-deyə politoloq bildirdi.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR