Vətəninfo.az xəbər verir ki, bu gün keçiriləcək iki oyunla “DÇ-2014”-ün 1/8 final mərhələsinə yekun vurulacaq. Axar.az-ın məlumatına görə, xəbər verir ki, bu oyunlardan sonra mundialın bütün 1/4 finalçıları müəyyənləşəcək. Öncə meydana Argentina və İsveçrə yığmaları çıxacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qeyd edək ki, bu komandalar indiyədək 3 dəfə qarşılaşıb. Iki dəfə Argentina yığması meydanı qalib tərk edib, bir dəfə isə matç heç-heçə bitib.
“Arena De Sao Paulo” stadionunda baş tutacaq oyunu Jonas Erikssonun idarəçiliyi ilə İsveçli hakim heyəti idarə edəcək.
Belçika və ABŞ
Gecənin digər oyunu isə 1/8 final mərhələsinin son matçı olan Belçika və ABŞ komandaları arasında keçiriləcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək. Komandaların əvvəlki nəticələrinə baxdıqda Belçikanın üstünlüyü var. Keçirilən oyunlarda 2 dəfə Belçika, bir dəfə isə ABŞ qalib gəlib.
“Arena Fonte Nova” stadionunda keçiriləcək oyunu Camel Haymodinin başçılığı ilə Əlcəzairli hakim heyəti idarə edəcək. Argentina-İsveçrə və Belçika-ABŞ oyunlarının qalibləri 1/4 finalda bir-birilə qarşılaşacaq.
Xatırladaq ki, artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya-Kolumbiya, Hollandiya-Kosta-Rika və Fransa-Almaniya görüşləri keçiriləcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR