"Anamın ürəyi partlayır ki, Müşfiq, sənin üçün qız almaram"
Yumorist Müşfiq Şahverdiyev hələ də evlənməməsinin səbəbini açıqlayıb.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, aktyor "Star life" verilişində bunları deyib:
"1983-cü
ildənəm, subayam. Dünyagörüş artdıqca insan ailə saxlamağa, problemləri
həll etməyə hazırlıqlı olur. Amma kapriz artır. Anam, qohumlarımız qız
şəkilləri göstərirlər ki, mən seçim, evlənim. Bəyənmirəm, istəmirəm. Yaş
ötür. 30 yaşdan sonra gedim hansı məktəbin, universitetin qarşısında
durub qız bəyənim? Anama, atama deyim? Qismət, həyatın axışına
buraxmışam. Mən sevməsəm, evlənə bilmərəm. Sadəcə qız alım, toy etdim,
anama gəlin gətirdim - belə edə bilmərəm. Elə olsa, bu gün evlənərəm. 25
yaşımdan bu günə kimi sevgi yaşamamışam. Olsaydı, indi subay
deyildim. Xasiyyətim pisdir, mənimlə yola getmək olmaz. Deyib-gülürəm,
deyirlər bununla ailə quran xoşbəxtdir. Amma yox, əsəbləşəndə dəhşət
oluram. Anamın ürəyi partlayır ki, Müşfiq, sənin üçün qız almaram. Sabah
camaatın qızını gətirib, üstümə atarsan. Yaxın dostlarım Fərdanın,
Elməddinin (yumorist Fərda Xudaverdiyev, Elməddin Cəfərov - red.)
uşaqları böyüyüb, mən hələ evlənməmişəm".