Vətəninfo.az xəbər verir ki, uzun müddətdir vətəndaş nikahında yaşadıqdan sonra 2012-ci ildə nişanlanan Hollivud ulduzları Bred Pitt və Ancelina Coli, nəhayət ki, evləndilər. Bundan əvvəl evləndikləri barədə bir neçə dəfə şayiələr yayılan, lakin bu faktı təkzib edən məşhur cütlük avqustun 23-də Fransanın Korrens kəndində evlənib. Bunu cütlüyün mətbuat katibi təsdiqləyib.
Coli və Pitt adıçəkilən kəndin kilsəsində, yalnız yaxınlarının iştirak etdiyi sadə nikah mərasimi ilə evləniblər. Bu mərasimdən əvvəl isə cütlüyün yaşadıqları Kaliforniya ştatında nikah haqqında şəhadətnamə aldıqları bildirilir. Kilsədə nikahın təfərrüatlarına gəldikdə isə, deyilənə görə, gəlin mehraba böyük oğulları Meddoks və Paksın müşayiəti ilə gəlib, digər övladları Zahara və Vivyen gül ləçəkləri səpən rolunda, Şilo və Noks isə üzükdaşıyan rolunda çıxış edib. Ancelina Coli və Bred Pittin 6 uşağından 3-ü himayayə götürülmüş uşaqlardır. Bu, Bred Pittin ikinci, Ancelina Colinin isə üçüncü evliliyidir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR