La Liqanın prestijli klublarından olan “Atletico Madrid”in tük futbolçusu Arda Turanla mövcud müqaviləni 2017-ci ilə kimi uzatması ilə bağlı Vətəninfo.az-a maraqlı bir məlumat daxil olub. Türkiyədəki qaynaqlardan daxil olan məlumatda iddia edilir ki, uzun müddət Türkiyənin “Beşiktaş” futbol klubunun əsas aparıcı rəsmilərindən olan, futbol meneceri, eyni zamanda futbol şərhçisi Sinan Engin yaxın çevrəsinə Arda Turanın “Atletico Madrid”lə müqaviləsini 2017-ci ilə uzadılması ilə bağlı maraqlı bir iddia irəli sürüb. Məlumatda qeyd edilir ki, A.Turanın “Atletico Madrid”lə müqaviləsinin uzadılmasını “Atletico Madrid”in futbol geyimlərinin ön hissəsində “Azərbaycan” reklamının yerləşdirilməsində böyük xidmətləri olan azərbaycanlı iş adamı, Bakı Futbol Klubunun prezidenti Hafiz Məmmədov istəyib. İddiaya görə, H.Məmmədov A.Turanla müqavilə yeniləcəyi təqdirdə, o, “Atletico Madrid”lə müqavilənin müddətini uzada bilər. S.Engin iddia edib ki, “Atletico Madrid” rəsmiləri Arda Turanla müqavilənin uzadılmasında bir o qədər maraqlı olmayıblar. Amma klubun baş məşqçisi Dieqo Simyone A.Turanın klubda saxlanılması üçün bir neçə dəfə klub rəhbərliyi ilə müzakirələr aparıb, amma rəhbərlik A.Turanın klubda saxlanılması üçün maddi çəhətdən ciddi problemlər olduğunu bildirib. S.Enginin iddiasına görə, H.Məmmədovun prosesə əl qoyması ilə A.Turanla 2017-ci ilə kimi müqavilənin bağlanılması baş tutub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR