Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, ədəbiyyatşünas alim Arif Əmrahoğlu dəfn olunub.
Vətəninfo.az xəbər verir ki, «Azərbaycan» jurnalının baş redaktorunun müavini, tənqidçi Əsəd Cahangirin APA-ya verdiyi məlumata görə, A. Əmrahoğlu ilə evində vida mərasimi keçirilikdən sonra mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində AYB-nin sədri, xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, xalq şairi Fikrət Qoca, millət vəkili Nizami Cəfərov, AYB-nin, Bakı Dövlət Universitetinin və Ədəbiyyat İnstitutunun kollektivi iştirak edib.
Ə. Cahangir bildirib ki, akademik İ. Həbibbəyli, millət vəkili N. Cəfərov və AYB-nin katibi Rəşad Məcid vida nitqi söyləyiblər.
Qeyd edək ki, A. Əmrahoğlu bu gün mədə xərçəngindən dünyasını dəyişib.
A. Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifi olub. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR