Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan milli komandası yarışı 1 gümüş medalla başa vurub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, həmin medala 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti sahib olub. Onlar final yürüşündə məsafənin 1500 metrlik bölümündə hamıdan öndə olsalar da, sonda 6 dəqiqə 9,36 saniyə nəticə ilə 2-ci yeri tutublar. Bununla belə, 24 yaşlı Aleksandrov və cəmi 18 yaşı olan Yotovdan ibarət duetimiz ilk dəfə Avropa çempionatında fəxri kürsüyə çıxıb.
Qızıl medala 6 dəqiqə 8,82 saniyə nəticə ilə Rolandas Maskinskas - Saulius Ritter (Litva), bürünc medala isə 6 dəqiqə 10,09 saniyə göstəriciyə malik Hans Qruhne - Stefan Krüger (Almaniya) dueti yiyələnib. Qeyd edək ki, Azərbaycan ümumi komanda hesabında medal qazanan 19 ölkə arasında 17-ci olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR