Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası aprelin 1-dən 4-dək Bakıda keçiriləcəkdir. Bunu “Vətəninfo”ya Milli Məclisinin üzvü Avronest PA-nın enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov bildirdirib. Fuad Muradovun sözlərinə görə, Avronest PA-nın sessiyası ildə bir dəfə keçirilir. Birinci sessiya Assambleyanın təsisis olunduğu Belçikada keçirilib. Bu isə ikinci sessiya olacaqdır: “ Bu sessiyanın Bakıda keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Sessiyada mühüm sənədlərin müzakirəsi gözlənilir”. Millət vəkili qeyd edib ki, sessiyada iştirak etmək üçün Bakıya Avropa ölkələrindən 200-dək deputat, o cümlədən ictimai xadim, Avropa parlamentində təmsil olunan siyasi partiyaların nüməyəndələri gələcəklər. Onlar həm də Azərbaycan ilə yaxından tanış olacaqlar. Sessiya çərçivəsində Avropanın enerji təchizatı ilə bağlı bir neçə tədbirin keçirilməsi də nəzərdə tutulu: “Artıq bununla bağlı razılaşma vardır. Eyni zamanda Azərbaycan nümayəndələri tərəfindən hazırlanan məruzə də müzakirə olunacaqdır”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR