Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, AOK cavab bəyanatında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətinin “dözülməz olması ilə bağlı” irəli sürülən iddialar haqda hər hansı məlumata malik deyil və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək. Təşkilat qeyd edib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.
AOK, həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını mürəciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.
Təşkilat onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər sərt leksikonda bundan daha uzağa gedən məsələlərin “şəxsi səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı” vurğulanıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR