Vətəninfo.az xəbər verir ki, Azərbaycan ilk dəfə Makedoniyanın Struqa şəhərində keçirilən “Lake Pearls” (Ezerskie Biseri) musiqi festivalında təmsil olunub. ANS PRESS-in məlumatına görə, mərasimə İsrail, Almaniya, Bolqarıstan, Rusiya, Ukrayna, Malta, İspaniya, İtaliya və digər dövlətlər daxil olmaqla 27 ölkədən 400-ə yaxın təmsilçi qatılıb. Tədbirdə ölkəmizi 7 yaşlı Selcan Museyibova təmsil edib. 10 gün davam edən festival günlərində təmsilçimiz 2 dəfə səhnəyə çıxıb, kiçik yaşlı iştirakçılar arasında " Ən yaxşı səs" nominasiyasına layiq görülüb. Münsiflər heyətinin tərkibində ölkəmizi “Addım Gənclər Təşkilatı"nın sədri, prodüser Hüseyn Cavadzadə təmsil edib.
Qeyd edək ki, Selcan Museyibova ötən il ölkəmizi Bolqarıstanda keçirilən "Golden Sparkles" festivalında təmsil edərək iki nominasiyada qalib olmuşdu.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR