Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır.
Oxu.Az-ın məlumatına görə, xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər.
Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.
Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır.
Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib.
Sevil Salmanova deyir ki, müvafiq qurumlara şikayət etsə də, cavab almayıb.
"Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə məsələ ilə bağlı bildirib ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.
Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə oktyabr ayının 17-də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.
Miq.az
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion