Xəbər verdiyimiz kimi, Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatı başa çatıb.
Vətəninfo.az xəbər verir ki,çempionatda Azərbaycanın yeganə medalını qazanan yunan-Roma güləşçimiz Rəsul Çunayevin erməni rəqibini darmadağın etməsi gündəmdən düşmür. Çunayevin 11-0-lıq möhtəşəm qələbədən sonra əsgər salamı verməsi dünyada müzakirə mövzusuna çevrilib.
"Facebook" sosial şəbəkəsində 200 minə yaxın üzvü olan və dünyada güləş üzrə ən böyük səhifələrdən sayılan "United World Wrestling" səhifəsi Çanayevin bu fotosunu paylaşıb və yazıb : "Sizcə Çanayev qələbə qazanandan sonra nəyə görə belə sevinib?"
Bu suala ən tutarlı cavabı millət vəkili Aydın Abbasov verib. Deputat ingiliscə cavabında yazıb: "Çünki erməni işğalçıları 20 ildir ki, Azərbaycan ərazisini işğal edib. Biz xarici ölkələrdən haqq səsimizə dəstək verməyi gözləyirik. Alllah hər birinizi qorusun".
Millət vəkilinin bu şərhini səhifədə 100-ə yaxın insan bəyənib və bu comment erməniləri hiddətləndirib. Onlar deputata hücumlara başlayıb və onu təhqir edən şərhlər yazıblar.
həmin fotonu təqdim edirik:
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR