Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi IV "Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Trend "Azərbaycanfilm" kinostudiyasına istinadən məlumat verir ki, festivala göndərilən 300 qısametrajlı ekran əsəri arasından seçilərək “Beynəlxalq Müsabiqə Proqramı”nda yarışmağa vəsiqə qazanan 13 filmdən biri olan “İnikas” S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi, həmyerlimiz A.Səfərəliyevin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.
Qısametrajlı bədii film SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.
Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru A.Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıblar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR