«Azərbaycan gəncliyi müxalifət partiyalarının mövqeyini qəbul etmir və onları dəstəkləmir. Çünki müxalifət partiyaları gənclərimizə düzgün yol göstərmək imkanında deyil». “Vətəninfo.az”ın məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S.Orucov bildirib ki, gənclərimiz dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində aparılan siyasəti dəstəkləyir. Onun sözlərinə görə, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. «Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir. Belə bir halda onlar müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş zərərli fəaliyyətini heç bir halda qəbul etmirlər. Nəzər salsaq görərik ki, müxalifət partiyalarında gənclər yox səviyyəsindədir. Həm 17 mart, həm də 8 aprel mitinqləri bu faktı bir daha təsdiqlədi. Təbii ki, AXCP, Müsavat kimi partiyaların gənclərdən çirkin məqsədlər üçün istifadə etməsi yolverilməzdir. Məhz gənc nəsil tutduqları sağlam mövqeləri ilə müxalifət düşərgəsinin layiqli cavabını verir»- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR