Azərbaycanda rəsmi səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmonun iyulun 12-də rəsmi qarşılanma mərasimi olub.
“Vətəninfo.az”ın “APA”ya istinadən məlumatına görə, Tacikistan prezidenti Emoməli Rəhmonu Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.Azərbaycanın dövlət və hökumət nümayəndələri E. Rəhmona, Tacikistan nümayəndə heyətinin üzvləri İ. Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Tacikistan prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR