Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov işğal altındakı Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi məsələsinə münasibət bildirib.
Əli Əhmədov deyib ki, indiyə qədər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmaq istədikləri təşəbbüslər hər hansı nəticə verməyib. İyirmi ildən çoxdur ki, Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır. Ancaq BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi və beynəlxalq qurumların müvafiq qərarlarının olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmir. Buna görə də beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud ədalətli qərar qəbul edilərsə belə həmin qərarların yerinə yetiriləcəyi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb.
Baş nazirin müavini əlavə edib ki, buna baxmayaraq Azərbaycan tərəfi bütün məsələlərin ədalətli həlli üçün əlindən gələni edəcək. Bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR